Bakıda silah satmaq istəyən şəxs saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.
Mynews.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Rəşad adlı şəxsin odlu silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Naqan” tipli tapançanı 2000 manata satan zaman polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı silah satışı ilə məşğul olan şəxsin Sumqayıt şəhərində anadan olan, Laçın rayon sakini Rəşad Gülcumalı olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1002 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub