Bakıdakı dönərxanada siçanların "dönər keyfi" - VİDEO
Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan gəmiricilər ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.
Mynews.az Xəzər TV-yə istinadən məlumatına görə, kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanalardan birində çəkilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu tipli dönərxanalar bir sıra qarşısı alınmaz yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
Ziyəddin Kazımov əlavə edib ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.
İnzibati Xətalar Məcəlləsinə əsasən, sahibkarı 100-200 manat məbləğində cərimə gözləyir.
Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 921 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 558 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 556 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 556 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 200 dəfə oxunub