Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlik Bakıda müşahidə olunan toz dumanı ilə bağlı məlumat yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər  üç saatdan bir müşahidələr aparır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 21 noyabr 2017-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...