Azərbaycanda dizel və benzinlə bağlı VACİB XƏBƏR - DİQQƏT!
Ötən həftə Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşıb.
Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq, müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.
Qiymət artımı “Aİ-92” və dizel yanacağının qiymətində müşahidə oluna bilərmi?
Mynews.az xəbər verir ki, İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, “Aİ-92” və dizel yanacağının qiymətini dövlət tənzimləyir:
“Bu il “Aİ-92” marakalı benzinin qiyməti 1 dəfə qalxıb. Amma dizelin qiyməti qalxmayıb. Hazırda “Aİ-92” marakalı benzinlə dizelin qiyməti arasında böyük bir fərq yaranıb. Belə bir fərq heç vaxt olmayıb. Ehtimal olunur ki, kənd təsərrüfatında yığım mövsümü bitəndən sonra, təqribən dekabr ayının ortalarına kimi dizelin qiyətində artım olsun. Mövsümün bitməsini ona görə gözləyirlər ki, kənd təsərrüfatında dizel böyük həcmdə istifadə olunur və qiymətlərə təsir göstərir. Bu proses bitdikdən sonra dizelin qiymətinin qalxması daha yüksəkdir. Mənə elə gəlir ki, “Aİ-92” markalı benzinlə dizel arasındakı qiymət fərqini azalatmaq üçün addım atıla bilər”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 999 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 977 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 966 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 965 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 963 dəfə oxunub