Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı sakinləri, DİQQƏT! - Şəhərdə toz-duman var və… - VİDEO

Astma kimi bronxial xəstəlikdən əziyyət çəkənlər bu günlərdə halınız pisləşirsə bu atmosferlə bağlıdır. Çünki, Bakıya toz-duman gəlib. Bəs görəsən tozun səbəbi nədir? Ən əsası isə insan səhhətinə mənfi təsirləri nə ola bilər?

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, dünən gecədən etibarən Bakıda və Abşeron yarımadasında güclü duman müşahidə olunur. Ekologiya və Təbii Sərvərlər Nazirliyinindən verilən məlumata görə əslində bu Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə gələn tozdur. Atmosfer axınları ilə gələn toz Bakıya zəif də olsa, gəlib çatıb.
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın sözlərinə görə əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 il ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə baş verir. Səbəb isə iqlim dəyişkənliyi nəticəsində səhralarda küləklərin, fırtınaların sayının artmasıdır. Fırtınalar zamanı atmosfer qatına qalxan toz, hava axınıyla digər ölkələrin ərazilərinə daxil olur. Tozun qıcıqlanmadan başqa insan səhhətinə ziyanı olmadığı qənaətinə gəlinib.
Hazırda havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyaları yaradılıb. Tozun tərkibi gün ərzində sanitar normadan gah yuxarı gah da aşağı olur. Nazirlik, sabah axşam saatlarından etibarən tozun havada miqdarının norma daxilində olacağını proqnozlaşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...