Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yarımçıq tikililərin aqibəti necə olacaq?

Paytaxtın bir çox ərazisində elə hündürmərtəbəli binalar var ki, uzun müddətdir tikintisinə başlanılsa da, işlər hələdə yekunlaşdırılmayıb. Bu isə həmin binadan ev almaq üçün ödəniş edən vətəndaşları aldatmaqla yanaşı şəhərin görünüşünə də xələl gətirir. Mütəxəssislər qanunvericilikdə boşluq səbəbindən bu prosesə nəzarətin mümkün olmadığını bildirir.

Mynews.az bildirir ki, belə hündürmərtəbəli binaları paytaxtın müxtəlif ərazilərində görmək mümkündür. Bu isə sözügedən binalardan mənzil almaq üçün ödəniş edənləri çətin vəziyyətdə qoymaqla yanaşı şəhərin görünüşünü də korlayır. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə buna səbəb qanunvericilikdə boşluğun olmasıdır.

Nüsrət İbrahimov bildirir ki, əslində hər bir tikinti başlanarkən onun ''layihə smeta'' dəyəri hazırlanmalı və orada tikintidə istifadə ediləcək materiallar, texnika, işçi qüvvəsi, başlama və bitmə vaxtı dəqiq göstərilməlidir. Məcburiyyət olmdağından əksər şirkətlər bu sənədi hazırlatdırmır. Amma bir sıra ölkələrdə bu məsələ ilə bağlı uğurlu təcrübə mövcuddur.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura komitəsindən verilən açıqlamaya görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən icazə verildiyi halda tikinti 3 il ərzində başlamırsa onu ləğv etmək mümkündür. Yarımçıq qalmış tikililərin sahibkarları ilə isə yalnız müvafiq icra hakimiyyətlərinin əməkdaşları tərəfindən şifahi formada danışıq aparılır. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...