Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bank vətəndaşı zamin durmağa peşman etdi - VİDEO

Son iki ayda vətəndaşın pensiya kartından bank tərəfindən pul tutulmağa başlanılıb. Məlum olub ki, kredit götürənə zamin duran şəxsin zaminliyi 4 il əvvəl qurtarsa da, həmin adamın növbəti dəfə götürdüyü kreditdə yaranan borc məhz həmin vətəndaşa yönləndirilib.

Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə İmişlinin Qaralar kənd sakini Savet Qurbanovun başına gəlib. O, 2011-ci ildə öz yaxını Rəhim İsmayılova zamin durub, kredit götürməsinə kömək edib. 2013-cü ildə kredit ödəndikdən sonra Rəhim yenidən başqa şəxslərin zaminliyi ilə kredit götürüb və onu da ödəyib. 

Həmin şəxs üçüncü dəfə kredit aldıqdan sonra borcu ödəyə bilməyib. Bank isə onun borcunu hazırda zamin durduğu adamlardan yox, ilk kredit aldığı zaman zamin duran şəxsdən tutur.

Savet Qurbanov deyir ki, hazırda zamin duran şəxslərin nə maaş, nə də pensiya kartları var. O, pensiya aldığına görə borcu da ona yönləndiriblər. Həm də Savet Qurbanova heç bir xəbərdarlıq olunmadan.

İndi vətəndaş çarəsiz qalıb. O, məhkəməyə yenidən müraciət edəcəyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...