Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah paytaxtın Binəqədi rayonunu Mir Cəlal küçəsində yenidənqurma işlərinə start verilir.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılacaq. 

Atıq bu gecədən etibarən yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun yalnız bir hərəkət istiqaməti üzrə təqribən 75-80 metrlik hissəsini əhatə edəcək. Hərəkət digər istiqamət üzrə ikitərəfli olaraq təmin olunacaq.

Sözügedən işlər yol boyu həyata keçiriləcək. Bu müddət ərzində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunmaqla yolda hissə-hissə məhdudlaşdırmalar tətbiq ediləcək. Yüksək gərginlik elektrik xətlərinin yerin altına keçirilməsi bitdikdən sonra küçənin “Azəravtoyol” ASC tərəfindən təmirinə başlanılacaq.

Sürücülərdən Mir Cəlal küçəsində aparılan yenidənqurma işlərini nəzərə alaraq diqqətli olmaları xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...