Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Binəqədidə bu yolda təmir başlayır - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal Paşayev küçəsində sabahdan yenidənqurma işlərinə başlanılacaq.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılır.

“Bu səbəbdən bu gecədən etibarən ( 25.11-26.11.2017) yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun yalnız bir hərəkət istiqaməti üzrə təqribən 75-80 metrlik hissəsini əhatə edəcək. Hərəkət digər istiqamət üzrə ikitərəfli olaraq təmin olunacaq.

Sözügedən işlər yol boyu həyata keçiriləcək. Bu müddət ərzində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunmaqla yolda hissə-hissə məhdudlaşdırmalar tətbiq ediləcək. Yüksək gərginlikli elektrik xətlərinin yerin altına keçirilməsi bitdikdən sonra küçənin "Azəravtoyol" ASC tərəfindən təmirinə başlanılacaq.

Sürücülərdən Mir Cəlal küçəsində aparılan yenidənqurma işlərini nəzərə alaraq diqqətli olmaları xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...