Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlahiyyatçı - Mehdi gəlib nə edəcək? - VİDEO

“Çox maraqlıdır ki, şiələr də, sünnilər də Mehdinin gəlişini gözləyir, amma Qurani Kərimdə bu barədə bircə cümlə də yoxdur”.

Mynews.az A24.Az-a istinadən xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən səsləndirib.

İlahiyyatçı Mehdinin adı çəkilən hədislərdən də danışıb:

“İlk peyğəmbərin vəfatından sonra yazılan kitab İmam Malikin Muvattasıdır. Kitab hədislərlə bağlıdır. Burada Mehdi ilə əlaqədar bircə cümlə də yoxdur. Bundan başqa, sünni dünyasında ən çox qəbul edilən iki kitab var: biri Buxarinin, digəri Müslimin Səhihi. Hər iki kitabda da Mehdi barədə yazılmayıb. Şiələr iddia edir ki, Mehdi ilə bağlı 6 min hədis var. Bunların da 400-ü sünni mənbələridir. Mən bunu araşdırdım. Əhməd Peyğəmbərin Müstədində bununla bağlı 12, İbn Maicənin Əs-sünnəsində 8, Əbu Davudun Sünənində 8, Tirmizinin Sünənində Mehdi barədə 3 rəvayət var. Bunlar 400 rəvayəti haradan çıxarırlar, onu bilmədim”.

– Mehdi ilə bağlı bütün hədislər yalandır?

“Sələfilərdə İbn Qayyim əl-Cöviziyyə çox məşhur bir alim olaraq qəbul edilir. Həqiqətən də elədir. Onun qeyd etdiyi bir şey var ki, Mehdi haqqında yazılan rəvayətlərin hamısı zəif və ya uydurmadır. Amma bu mövzuda o qədər hədis var ki, zəif olsa da insanı doğru olduğuna qane edir. Ziddiyyətli cümlədir. Hamısı zəifdir, uydurmadır, amma o qədər çoxdur ki, ola bilməz bu qədər yalan olsun”.

– O zaman Mehdi gəlməyəcək?

“Mehdi gəlib nə edəcək? Rəvayətlərdə görün nələr var. Deyir ki, qiyamətin qopmasına bir gün də qalsa, Mehdi gələcək. Mehdi gəlib bütün insanlara hidayət edəcək, Dəccalı öldürəcək. Halbuki Quranda bu barədə bircə kəlmə də yoxdur. Mehdi gəlib İsa ilə birgə donuzu öldürəcək. Gəlin bir şey soruşum: Quranda bir ayə var ki, Nuh Əleyisalam çox yaşamasına baxmayaraq, çox az insanın hidayətinə səbəb oldu. Məhəmməd Peyğəmbər öz əmisini hidayətə gətirə bilmədi, amma Mehdi gələcək, o dövrdə yaşayanları hidayət edəcək. Allah Qurani Kərimdə Peyğəmbərinə deyir ki, sən sevdiyinə doğru yolu göstərə bilməzsən. Allah isə istəyənə doğru yolu göstərər. Yəni peyğəmbərin edə bilməyəcəyi bir şeyi Mehdimi gəlib edəcək? Mehdi o qədərmi güclü oldu?”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...