Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Adətən valideynlərin müəyyən işləri olanda onlar azyaşlı uşaqlarını ya yaxınlarına ya da qonşularına tapşırırlar. Son zamanlarsa sırf uşağa nəzarətlə bağlı günlük və ya saatlıq bağça xidmətindən istifadə edənlərin sayı artıb. Təbii ki bu zaman diqqət ediləsi bir neçə vacib məqam var. Bunlardan ən əsası bu xidməti göstərən fərdi ailələrin məsuliyyət məsələsidir.

Valideynlərin müəyyən işləri çıxdıqda uşaqlarının nəzarətsiz qalmamsı üçün müəyyən müddətə bu xidməti göstərən şəxslərə yaxud bağçalara müraciət edirlər. Bununla bağlı tələbatın artması xidmət göstərənlərin də sayını artırıb. Adətən ev şəraitində bu cür xidmət göstərənlərlə yanaşı, günlük və saatlıq fəaliyyət göstərən bağçalar da var.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bu zaman isə həmin baxçaların yaxud ev şəraitində xidmət göstərən şəxslərişn daşıdığı məsuliyyət gündəmə gəlir. Elə buna görədir ki vətəndaşların bu xdimətlərlə bağlı fikirləri birmənalı deyil.
Günlük və saatlıq bağçalar uşaqların onlara etibar edilməsində valideynlərin narahatçılığının aradan qaldırılması üçün videokamera müşahidə sistemi yaratmaqla nisbətən problemi aradanm qaldırsalar da ev şəraitində eyni xidməti göstərənlər üçün bunu demək çətindir.
Digər vacib məsələ isə uşaqların qidalanmasıdır. Buna görə də bağçalar adətən valideynlərin özlərinin qidanı gətirməsini tövsiyyə edirlər. Əgər valideynin uşaq üçün xörək gətirməyibsə əvvəlcədən onlara hansı qidanın veriləcəyi ilə bağlı məlumöat verilir.
Bu xidmətə görə qiymətlər isə saata görə adətən 5 manatdan başlayır. Bir günlük isə təxminən 30 manatdır.
Günlük və saatlıq baxçalarda həm də məktəbli yaşında olan uşaqlara da baxılır. Əgər azyaşlıların vaxtlarını əyləncəli keçirməsinə üstünlük verilərsə, məktəblilərin dərslərinin hazırlanmasına da kömək edilir.
Hüquqşünanaslar isə hesab edir ki, bu xidmətlər istənilə halda hüquq tənimləmə əsasında göstərilməlidir. Yəni valideynlərlə baxça rəhbərliyi arasında yazılı razılaşma olmalıdır. Bu gələcəkdə yarana biləcək problemlərdə məsuliyyətdən boyun qaçırma hallarının qarşısını alacaq. .
Hüquqşünans Xəyal Bəşirovun sözlərinə görə bu xidməti göstərnlər müvafiq lisenziya və razılıqlar almalıdırlar. Əks halda inzibati xətalar məcəlləsin nəzərəd tutulmuş qaydada cərimələnəcəklər. Elə valideynlərə də məhz fəaliyyətini qanuni quran baxçalara müraciət etmələri tövsiyyə edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...