Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda kişi avtomobil almaq üçün böyrəyini satdı

Azərbaycanda son illər insan alverinə qarşı ciddi mübarizə aparılır. Dövlət səviyyəsində görülən maarifləndirici işlərə baxmayaraq, hələ də insan alverinin qurbanına çevrilən şəxslər mövcuddur. Onların arasında qadınlar və kişilərlə yanaşı, azyaşlılar da var. Kimi pula görə, kimi də bilmədən qurbana çevrilir. İnsan alveri qurbanları və potensial qurbanlar kimlərdir? Onlar bu yola necə düşürlər?

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, Azvision.az-ın bu sualını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova cavablandırıb.

- İnsan alverçiləri kimlədir? Onları bu yola əl atmağa vadar edən amillər nədir?

- Keçən il penitensiar müəssisələrdə insan alverçiləri ilə görüşmək istədiyimizi bildirdik. Qarşımıza çıxan insan alverçiləri gəlin-baldız, iki bacı, ana və qız idi. Sual verəndə ki, niyə insanların həyatını puç edirsiniz, deyirlər ki, ağılları olsun, getməsinlər. Özlərində günah görmürlər. Onlar nəinki həbsdən çıxandan sonra, elə həbsdə olanda da bu işlə məşğul olurlar. İnsan özü insan alveri qurbanına çevrilmir. Onu kimsə yönləndirir, kimsə aparır.

Bizdə elə insan var idi ki, avtomobil almaq üçün başqa ölkəyə gedib, öz böyrəyini satıb. Həmin şəxs kişidir. Əlbəttə, bu, cinayətdir. Orqan transplantasiyası pulsuz deyil, pul ödəyirlər. Lakin əvvəl tutaq ki, 5 manat deyirlərsə, bunu tam vermirlər. Xarici ölkədə heç kəs yanında yoxdur. Orqanını satdığını deyə bilmirsən, çünki cinayətdir. Bu, statistik deyil, çünki deyilmir. Biz bunları kimlərdənsə eşitmişik. O insanın elə olur ki, digər böyrəyi sıradan çıxır, aldığını satıb dializə gedir. Bu, zəncirvarı yoldur və sonu yoxdur.

İnsan alveri qurbanına çevrilən şəxslər, deyək ki, qadınlar avtomobil, ev, qır-qızıl almaq üçün bu işin dalınca gedirlər. Çox vaxt öz istəkləri ilə gedirlər, bəzən də məcbur edilirlər. Onlar pul qazanandan sonra səhhətlərində o qədər problemlər çıxır ki, məsələn, qadınlıq orqanları sıradan çıxır və ya psixoterapevtə cəlb olunur. Beləliklə, qazandığını yenidən özünə sərf edir.

Məsələn, təsəvvür edin ki, başqa ölkədəsiniz, sənədləriniz əlinizdən alınıb və günə 40 nəfər qəbul etməlisiniz. Sizə heç bir məbləğ ödənilmir. Pul istəyəndə isə bilet, qalma yerin, qidan hesablanır. Deyirlər ki, kirayəni, qidanı ödə, ondan sonra pul tələb et. Bu da canını qurtarmaq üçün ölkəyə gəlib, öz yerinə başqasını göndərir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...