Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya -Azərbaycan sərhədində gərginlik - VİDEO

Rusiya -Azərbaycan sərhədində yenidən çətin anlar yaşanır.

Mynews.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, sərhəddə 3 gündür ki, böyük tıxac yaranıb. Xaçmaz Gömrük İdarəsi "Xanoba" Gömrük Postunun Gömrük Nəzarət Zonasının yaxınlığında, habelə Rusiya ilə Azərbaycanın neytral zonasında xeyli avtomobil toplanıb. 30-dan çox yük avtomobili ilə yanaşı, mikroavtobuslarda, eləcə də onlarla piyada, sərhədi keçmək üçün üç sutkadır növbə gözləyir.

Sürücülər həm gecikdiklərini, həm də daşıdıqları ərzaq və kənd təsərrüfatı məhsullarının xarab olduğunu deyərək narahatlıqlarını bildiriblər.

Gömrük Komitəsinin sədri Aydın Əliyev deyir ki, son bir neçə gündə Rusiya tərəfinin Sərhəd Gömrük İdarəsi alma və soğan məhsuluna şübhə ilə yanaşaraq, bunu ekspertizaya göndərib. Yaranmış gecikmələrlə baglı rəsmi məktub göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...