Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıya yağış, rayonlara qar - XƏBƏRDARLIĞI

Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi  rütubət  75-85 % olacaq. 

Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda  sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  0-5° isti, gündüz  7-11° isti, dağlarda gecə 3-8° şaxta,  gündüz  1-6° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...