Cəlilabad məktəbində rüşvət qalmaqalı
Cəlilabad rayonu 2 saylı Alar kənd orta məktəbinin direktoru Lətif Seyfullayev 2 min manat məbləğində rüşvət almaqda suçlanır.
Mynews.azYeniçağ-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini Zəminə Qiyasova kənd 2 saylı orta məktəbin direktoru Lətif Seyfullayevdən Cəlilabad rayon Prokurorluğuna şikayət edib.
Qiyasova şikayətində əvvəllər həmin məktəbdə işlədiyini, 2017-2018-ci tədris ilində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirmək üçün Seyfullayevin ondan 2 min manat pul istədiyini bildirib.
Onun sözlərinə görə, banklardan birindən 2 min manat kredit götürərək, məktəb direktoruna verib. Lakin direktor verdiyi vədə əməl etməyib. Faktla bağlı məktəb direktoru Seyfullayev bir neçə dəfə Cəlilabad rayon Prokurorluğuna çağırılaraq dindirilib.
Şikayətçi Zəminə Qiyasova Lətif Seyfullayev tərəfindən təhqirlərə məruz qaldığını bildirib: “Məktəbdə mənim adıma belə bir sənədləşmə aparıblar ki, guya mən 15 ildir, məktəbdə laborant işləyirəm. Yəni belə çıxır ki, heç kollecə daxil olmamış artıq məktəbdə işləmişəm. Ancaq məktəbdə fəaliyyətim 2007-ci ildəndir. İndi isə diplomumun saxta olduğunu iddia edirlər.
Mən dəfələrlə direktor tərəfindən təhqir olunmuşam.
Məsələ ictimailəşəndən sonra mənə katibəlik vəzifəsini söz veriblər. İndi maaşım ödənməsə, şikayətimi rəsmiləşdirəcəm”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub