Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş axtaranların NƏZƏRİNƏ! - “ASAN xidmət” mərkəzlərində...

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevirregional “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə (inzibati icraçı vəzifələr) daxil olan BB vəzifə qrupu (baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi) üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qeydiyyat elan edilib.

“ASAN xidmət”in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:http://dim.gov.az/news/events/3494/

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...