Sabahdan bu taksilərdən istifadə edənlər vergi ödəyəcək - VİDEO
Onlayn sifariş qəbul edən taksilər üçün 18 faiz əlavə dəyər vergisinin tətbiqinə başlanılır.
Mynews.az Xəzər TV-yə istinadən məlumatına görə, dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı müştərilərdən əlavə pul tutulacaq.
2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətləri tərəfindən ölkə ərazisində göstərilən xidmətlərə 18% dərəcəsi ilə əlavə dəyər vergisi bu ilin əvvəlindən tətbiq edilməli idi.
Lakin texniki məsələlərə görə proses gecikdiyindən ödəniş zamanı əlavə dəyər vergisi tələb olunmurdu.
Sabahdan etibarən isə xarici taksi şirkətlərindən istifadə edənlər kartla ödənişlərdə getdikləri yolun xərcindən əlavə də 18 faiz vergi ödəyəcəklər.
Yeni qərarın tətbiqi ilə bağlı bütün banklar və kart prosessinq şirkətlərinə məlumat verilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 594 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub