Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Salyanda faciə

Salyanda 45 yaşlı qadının qolu amputasiya olunub.

Mynews.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan pambıqtəmizləmə  zavodunda çalışan rayon sakini, 1972-ci il təvəllüdlü Nəcəfova Xatirə Azad qızının qolu ehtiyatsızlıqdan çiyidayırma dəzgahına düşüb. 

X.Nəcəfova ağır xəsarətlə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq sağ qolu dirsəkdən yuxarı amputasiya edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...