Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstirahət gününün hava proqnozu

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Mynews.az
 xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 4-6° isti, günün birinci yarısında 11-16° isti, günün ikinci yarısında 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16°, günün ikinci yarısında 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir. 

 

 
     

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...