Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Şüşəli bazar”ın keçmiş sahibi özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...