Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda faciəvi şəkildə ölən Fidanın son paylaşımı - FOTOLAR

Bakıda gənc xanım dəm qazından boğularaq yaşadığı evin hamam otağında ölüb.

Hadisə Binəqədi rayonu Ənvər Əlixanov küçəsi 89 ünvanında baş verib. Fidan Sultanova hamam otağında olarkən bədbəxt hadisə ilə üzləşib. Hamam otağında dəm qazından huşunu itirən 1995-ci il təvəllüdlü xanımı yaxınları aşkar edib. Təcili tibbi yardım çağırılsa da, 22 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Dekabrın gəlişinə sevinən 22 yaşlı gənc elə dekabr ayının ilk günü də dünyadan köçüb. 2017-ci ilin son ayında dünyasını dəyişən gənc xanımın Feysbukda etdiyi axırıncı paylaşım dostlarını məyus edib. Yeni il bayramına hazırlaşdığını yazan F.Sultanova bununla bağlı maraqlı fotolar paylaşıb. Sevdiyi dekabr ayı, Yeni il bayramı və qarın yağacağına sevinən xanım noyabr ayından artıq yeni il ab-havasında olduğunu bildirib:

"Yeni il ab-havasındasınızmı? Mən artıq eləyəm. Ona görə də bu şəkilləri paylaşmağa qərar verdim".

Xanımın dizayner olduğu bildirilir.

axar.az
Bakıda faciəvi şəkildə ölən Fidanın son paylaşımı - FOTOBakıda faciəvi şəkildə ölən Fidanın son paylaşımı - FOTOBakıda faciəvi şəkildə ölən Fidanın son paylaşımı - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...