Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Biləsuvarda keçmiş kürəkən qayınatasını niyə öldürüb? - Təfərrüat

Ötən gün Biləsuvar rayonunun Təzəkənd kəndində 68 yaşlı Əlican Ağayevin öz evində keçmiş yeznəsi, Salyan şəhəri, “Babazanlı” yaşayış massivinin 34 yaşlı sakini Ramil Nofəl oğlu Məmmədov tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Mynews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, qətlə yetirilənin qızı ilə Ramil 3 il əvvəl rəsmi qaydada boşanıblar və məhkəmə 2 uşağa görə Ramilin üzərinə 200 manat aliment ödəmək öhdəliyi qoyub.

Ailəsindən ayrıldıqdan sonra Rusiyaya işləməyə gedən Ramil alimenti hər ay vaxtlı-vaxtında ödəyir, üstəlik keçmiş ailəsinə dolanışıq üçün əlavə pul da yollayırmış. Amma bu yaxınlarda Rusiyadan geri dönən R.Məmmədov keçmiş həyat yoldaşının yenidən ailə qurduğunu eşidərək baş verənləri aydınlaşdırmaq üçün onların evlərinə yollanıb. Bu zaman keçmiş qayınatası ilə onun arasında münaqişə yaranıb və R.Məmmədov Əlican Ağayevə 4 bıçaq zərbəsi vurub. Nəticədə Ə.Ağayev hadisə yerində ölüb.

Hadisədən sonra R.Məmmədov könüllü olaraq Biləsuvar RPŞ-yə gəlib və istintaqa təslim olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...