Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Psixoloq Gülnar Orucova - “Azərbaycanda məktəbli oğlan dərsə yubka ilə getmək istəyirdi”

Psixoloq Gülnar Orucova təhsil eksperti Kamran Əsədovun bağçalarda, məktəbəqədər təhsil müəssisələrində, eləcə də orta məktəblərdə qadın müəllimlərin çox olmasının cinsi azlıqların artmasına səbəb olması haqda fikirlərinə münasibət bildirib.

Mynews.az  axar.az-a istinadən Gülnar Orucovanın müsahibəsini təqdim edir:

– Gülnar xanım, sizcə, məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə qadın müəllimlərin çox olması cinsi azlıqların artmasına təsir edirmi?

– Cinsi azlıqların artmasının səbəbi yalnız məktəbəqədər təhsil müəssisələrində, bağçalarda qadın müəllimlərin çox olması ilə əlaqədar deyil, ailədən qaynaqlanan məsələdir. Cinsi azlıqlar daha çox naramam ailələrdən çıxır. Həmçinin tərbiyə sistemi də burada mühüm rol oynayır. Hədsiz qoruyucu ailə tipi, avtoritar ailə tipi kimi modellər var. Belə ailələrdə uşaq fiziki cəzalarla dolu bir sistemə oturuşanda tədricən qorxmağa başlayır və belə vəziyyətdə ətrafda bundan istifadə etməyə çalışanlar olur.

– Ümumiyyətlə, kişi müəllimlərin uşaq psixologiyasına müsbət təsirləri varmı?

– Peşəni sevdirməkdə, savadlı kadrların yetişdirilməsində kişi müəllimlər daha uğurlu olurlar. Sovet dövründə də belə idi. Qadın müəllimlər əgər uşağı elmə, biliyə tam yiyələndirə bilərsə, uşağın şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərməzlər. Ancaq deyə bilmərik ki, təhsil müəssisələrində qadınların olması cinsi azlıqların artmasına səbəb olur.

– Gülnar xanım, uşaqlar arasında cinsi azlıqların artmasının səbəbləri nədir?

– Bəzən hormonol problemlər də cinsi azlıqların yaranması üçün səbəbdir. Cinsi azlıqları formalaşdıran əsas səbəblərdən biri isə ailə və ətraf mühitdir. Məsələn, pasientim olan 7 yaşlı oğlan uşağı deyirdi ki, mən məktəbə qızlar kimi ətək geyinmək istəyirəm. Səbəblərini araşdıranda məlum oldu ki, ailədə ata modeli yoxdur. Ata-ana boşanıb, xala boşanıb, nənənin də həyat yoldaşı vəfat edib. Hər ailədə kişi modelini oynayan bir şəxs olmalıdır ki, uşaq ondan nümunə götürsün.

– Sizcə, kişilər niyə müəllimlik peşəsindən imtina edirlər?

– Kişilər maddiyyatı düşünərək müəllimlik peşəsini istəmirlər. Müəllimlərin əmək haqqı az olduğu üçün kişilər başqa sahələrə yönəlirlər. Bu da məktəblərdə kişi müəllimlərin sayının azalmasına gətirib çıxarır. Sovet dövründə isə məktəblərdə daha çox kişi müəllimlər dərs deyirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...