"Namus-qeyrət anlayışından əl çəkməliyik" - Azərbaycanlı alim
Azərbaycan dinşünası, fəlsəfə tarixçisi, ədəbi-fəlsəfi esselər müəllifi Aydın Əlizadənin fikirləri diqqət çəkib.
Mynews.az baku.ws-yə istinadən xəbər verir ki, o, sosial problemlər haqqında yazarkən bildirib ki, azərbaycanlılar namus-qeyrət anlayışlarından əl çəkməlidirlər.
"Müsəlmanlıq təkcə "Allahdan başqa tanrı yoxdur" demək deyil. Bütlərin heykəllərini də dağıtmaq deyil. Çünki heykəlləri dağıtmaq heç də daxili bütlərdən azad olmaq deyil. Əsas məsələ daxili, içərində olan bütlərin qırılmasıdır. Daxili bütlər də insanın ana-ata tərbiəsi, öyrəncəli həyatı, oturuşmuş dünyagörüşü, inancları, namus-qeyrət anlayışları, adət-ənənələri kimi şeylərdir.
Onlardan azad olmayana qədər "Allahdan başqa tanrı yoxdur" kəlməsi boş və mənasızdır. Bir Tanrıya yalnız onda inanılır ki, bütün bütlər qırılmış olur. Onları qırandan sonra anlayırsan ki, o Tanrı elə sən özünsən!"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1000 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 962 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 952 dəfə oxunub