Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yubileyi ilə bağlı medal təsis edilir.

Mynews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif olunur.

"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...