Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda növbədənkənar prezident seçkilərinin müddəti azaldılır

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Mynews.az  APA-ya istinadən xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...