Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaqlara ən çox verilən adlar hansılardır? - SİYAHI

14 394 nəfərə Zəhra adı verilib.

Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, son 5 il ərzində doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusifdir. 

Bu ad 14 173 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanan digər adlar isə Əli (11338), Hüseyn (10435), Məhəmməd (7344) və Murad (6769) adıdır.

Ötən 5 il ərzində qız adları arasında ən çox üstünlük təşkil edən ad isə Zəhradır.

14 394 nəfərə Zəhra adı verilib. Qız adları arasında populyarlıq qazanan digərləri isə Nuray (12368), Fatimə (11738), Zeynəb (6490), Ayan (6473) və Aylindir (6340).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...