Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“12 yaşlı məktəblinin intiharı gələcəyimiz olan uşaqlarımız üçün ciddi siqnaldır” - Ekspert

"Əziz valideynlər, övladlarınızın ətrafına, dostlarına, evdə davranışlarına, nələrə maraq göstərdiklərinə, hansı məkanlara daha sıx getdiklərinə diqqət edin”. 

Bu fikirləri açıqlamasında "Gənclərin həmrəyliyi” İctimai Birliyinin icraçı direktoru Zülfiyyə Nuriyeva bildirib.

Birlik sədri qeyd edib ki, Agdaş rayonunda 12 yaşli məktəblinin intiharı gələcəyimiz olan uşaqlarımız üçün ciddi siqnaldır: "Azərbaycanın, bütün dünyanın inkişaf etdiyi bir zamanda, istedadlı, savadlı gənclərimizin böyük uğurlara imza atdiqları bir vaxtda, bu cahil addımın yalnız bir səbəbkarı var, o da din pərdəsi altinda övladlarımızın beyninə cəhalət dolu fikirləri yeridərək, onları bu cəmiyyətdən, ailədən, təhsildən, sağlam, uğurlu həyatdan məhrum etməkdir. Bunun qarşısının alınması üçün gənclər arasında maarifləndirmə işlərini artırmaq lazımdır. Bunun üçün hər kəs öz növbəsində əlindən gələni etməlidir. Cəhalətin gənclər arasında kütləviləşməsinin qarşısını almaq mütləqdir”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...