Hacı Şahin Türkiyədə verilən fitvaya qarşı çıxdı
Xəbər verdiyimiz kimi, Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi kişi ilə qadın arasında dini nikahın telefon, məktub, mesaj və internetlə pozula biləcəyi barədə fitva verib. Bildirilib ki, belə boşanma üz-üzə boşanma kimi etibarlıdır. Qadın məktubu oxuduğu andan dini nikah pozulur.
Bəs bu cür hallar ölkəmizdə də mümkündürmü?
Mynews.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı alim Hacı Şahin AzVision.az-a bildirib ki, dini nikahın pozulması dinimizdə müəyyən qaydalarla tənzimlənir.
“Boşanmaq üçün talağ oxunmalıdır. Tərəflərin hər ikisi din xadiminə müraciət edir və boşanma haqqında talağ oxunur. Bundan sonra onlar ayrılmış sayılırlar. Boşanmaq məsələsini yüngülləşdirmək yaxşı bir şey deyil. Dini-nöqteyi nəzərdən boşanma bəyənilməyən əməldir. Boşanmaya evlənməkdən daha ağır şərtlər qoyulur. İnsanlar nikahın pozulmasına yüngül hal kimi baxmasınlar”.
Hacı Şahin hesab edir ki, ailələrin hər hansı məktub, mesajla boşanması düzgün deyil.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub