Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur amerikalı astronavt Azərbaycana gəlir

ABŞ səfirliyi qadın astronavt Hayda Piperin Azərbaycana səfərini təşkil edəcək.

Mynews.az-ın xəbərinə görə, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilir.

Bildirilir ki, səfər 10-12 dekabr tarixlərində baş tutacaq. Dekabrın 10-da, saat 16:00-da Hayda Piper Kürdəmirdə ABŞ mərkəzində çıxış edəcək. Giriş sərbəst olacaq.  

Dekbarın 11-də astronavtla AMEA, ADA, Bakı Neft və Sənaye Universiteti və Bakıdakı ABŞ mərkəzində görüşmək mümkün olacaq.

Qeyd edək ki, Hayda Piper açıq kosmosda 34 saatdan çox olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...