Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni il qabağı bir çox mobil telefon abunəçilərinə bayramla bağlı mesajlar gəlir. Budəfəki mesaj Şaxta Babanın evlərə çağırılması ilə bağlıdır. Mesajda qeyd olunur ki, Yeni il axşamı sevdiklərinizi Şaxta Baba və Qar qız təbrik edə bilər.

Mynews.az məlumatına görə, “Qafqazinfo” yeni il gecəsi Şaxta Baba ilə Qar qızın bir ailəyə neçəyə başa gələcəyi ilə maraqlanıb. 

Bildirilib ki, əgər ev sahibi təkcə Şaxta baba istəsə, qiymət 100 manat olacaq. Şaxta Babanın yanında Qar qızın da gəlməsini istəsələr 130 manat ödəmək lazımdır. Əgər şəhərdən kənar yerlədən sifariş gələrsə qiymət 10 manat arta bilər. Şaxta Baba və Qar qızın uşaqlar üçün yarım saatlıq proqramları var. Artıq bizə sifariş üçün müraciət edənlər var”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...