Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda tanınmış rejissorun halı pisləşdi - Reanimasiyaya yerləşdirilib

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlının səhhəti pisləşib.

Mynews.az xeberle.com-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər” stansiyasında olarkən onun vəziyyəti pisləşib. R.Almuradlının ürək və ağciyərində problem yaranıb.

O, ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...