Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Nar Mobile” abonentin “cibinə” girdi, 10 dəqiqəyə 25 manatını əkişdirdi

Bu gün virtualaz.org saytının “Nar Mobile” mobil rabitə operatorunun “Turbo 2XL” internet paketinin istifadəçisi olan əməkdaşı açıq-aşkar “mobil cibgirliklə” üzləşib. Belə ki, abonent “Turbo 2XL” internet paketindən növbəti istifadə müddəti bitdiyi üçün hesabına 25 AZN ödəyib. Ödənişin edildiyi barədə operator müvafiq bildiriş də göndərib. İnternet paketinin hər ay balansın artırılan kimi avtomatik yeniləndiyini nəzərə alan abonent internetdən istifadə etməyə başlayıb.

Lakin cəmi 10 dəqiqə ərzində bir neçə xəbər saytına daxil olmaq kifayət edib ki, abonent “balansınız sıfırdır” mesajı alsın. Nə baş verdiyini dəqiqləşdirmək üçün abonent “Nar Mobile”in operatoru ilə əlaqə saxladıqda ona bildiriblər ki, heç demə hesabından 10 qəpik hansısa xidmət üçün çıxılıb (hansı ki, abonent heç bir əlavə xidmətə qoşulmamışdı və onun hesabından həmin 10 qəpiyin nəyə görə çıxıldığına dair ona hər hansı bildiriş daxil olmamışdı),  nəticədə “Turbo 2XL” paketini aktivləşdirmək üçün balans kifayət etməyib. “İnternet istifadəsi fərqli tariflə, hər MB-i 28 qəpikdən olmaqla hesablanıb və beləliklə də balansınız sıfırlanıb”-operatorun cavabı bu cür olub.

Bu ki, açıq-aşkar fırıldaqdır, cibgirlikdir! Axı abonent bu barədə heç bir xəbərdarlıq almamışdı və o, 25 AZN-i Turbo 2XL paketini aktivləşdirmək üçün ödəmişdi. Nəyə görə operator onun hesabından 10 qəpiyi çıxıb, daha sonra internet istifadəsini astronomik tariflə hesablayb və abonentin balansını cəmi 10 dəqiqəyə sıfırlayaraq onun 25 AZN vəsaitini əkişdirib?

Bütün bu suallara cavab almaq mümkün olmayıb. Birinci dəfə deyil ki, mobil rabitə operatorları abonentlərin başlarına bu və buna bənzər fırıldaq yoluyla oyun açırlar və onların vəsaitlərini mənimsəyirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...