Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda bədbəxt hadisə

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Badamdar şosesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin təfərrüatları araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...