İlhamə Quliyevanın oğlu polis nəzarətinə verildi
Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu, barəsində cinayət işi başlanılmış Orxan Nadirov azadlığa buraxılıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 908 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 593 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 584 dəfə oxunub
loading...