Sabah bu yollar bağlı olacaq - SİYAHI
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədi ilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Mynews.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O deyib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə tədbir başlanandan qurtaranadək, yəni səhər saat 07:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından və Parlament prospekti, digər küçə və prospektlərdə – Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.
Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan istifadəyə üstünlük versinlər.
“Diqqətə çatdırırıq ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”, - deyə, V.Əsədov əlavə edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub