Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Baku Bus”ın sürücüsündən sərnişinlərə hörmətsizlik - Dayanacaqda saxlamır - VİDEO

99-JH-206 dövlət nömrə nişanlı "Baku Bus” şirkətinə məxsus sərnişin avtobusu dayanacaqda dayanmaqdan imtina edib.

AZXEBER.COM-a sərnişinlərdən birinin göndərdiyi görüntülər "Azadlıq” metrosunun yaxılığında lentə alınıb.

Sərnişin avtobusunun sürücüsü Şövkət Məmmədova küçəsindəki yolda gedən təmir işləri ilə əlaqədar olaraq İbrahimpaşa Dadaşov küçəsindən hərəkət etməyə başlayıb. Sərnişin avtobusları hazırda hərəkətdə olduqları istiqamətdəki dayanacaqlarda saxlamaqdan imtina ediblər.

Təmirlə əlaqədar hərəkət istiqamətlərini dəyişən avtobusların dayanacaqlarda saxlamaması sərnişinlər tərəfindən etirazla qarşılanıb.

Həmin görüntünü təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...