Bakıda ən bahalı avtomobillər - yarım milyon dollardan yuxarı
Azərbaycanda avtomobil satış mərkəzlərində qiyməti 500 min dollardan yuxarı olan avtomobillər mövcuddur.
Mynews.az xəbər verir ki, bunu Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov bildirib ki, "Bentley", "Rolls-Royce", "Maserati" markalı avtomobillərin qiyməti 500 min dollardan yuxarı olan modelləri satış mərkəzlərində təklif edilir.
Onun sözlərinə görə, bu cür avtomobillərdən Bakıda istifadədə olunanları da var.
Ekspert əlavə edib ki, artıq Bakıya elektrik enerjisi islə işləyən "Tesla" avtomobilləri də gətirilib.
O qeyd edib ki, Bakıda olan bu avtomobillərin sayı məhduddur.
V.Hüseynov əlavə edib ki, Azərbaycana gətirilən "Tesla" avtomobillərinin qiyməti təqribən 250-300 min dollar civarındadır.
Ekspert deyib ki, bu cür avtomobillərin satış aktivliyi barəsində dəqiq məlumat demək çətindir: "Çünki həmin avtomobillər maşın bazarında satışa çıxarılmır, əsasən avtosalonlarda təklif edilir və sifarişlə gətirilir".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 942 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 932 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 931 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 929 dəfə oxunub