Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göyərtəsində 135 sərnişin olan təyyarə Bakıda məcburi eniş edib

"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib. Təyyarə Mumbay-London reysini yerinə yetirirdi.

Mynews.az bildirir ki, bu barədə Trend-ə hava limanından xəbər veriblər.

Qeyd olunur ki, eniş pilot kabinəsinin tüstülənməsi səbəbindən edilib. "Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...