Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağdaşda məktəbli qız özünü asdı

Ağdaş rayonunda 16 yaşlı qız intihar edib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. 

Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir. 

İntihar edən yeniyetmənin şəxsiyyəti və intiharın səbəbləri araşdırılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...