Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gedərək mərhim prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gediblər.

Prezident İlham Əliyev mərhum prezidentin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il keçir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...