Azərbaycanda vahid çağrı mərkəzi yaradılır
2018-ci ilin yanvarından Azərbaycanda “155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.
Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.
Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi”, elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.
Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin “107”, “109” və “153” (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 567 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 556 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 553 dəfə oxunub
loading...