Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arvadına baxdığı üçün taksi sürücüsünü öldürənə ağır cəza istənildi - 19 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsndə qətldə təqsirləndirilən Cavid Əbdülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 
Mynews.az xeber.news-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, C. Əbdülməmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək. 

Qeyd edək ki, qətl bu il iyul ayında Bülbülə qəsəbəsində baş verib.
 
Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş.
 
Hadisəyə səbəb qısqanclıq olub.  Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağaməmmədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.
 
C.Əbdülməmmədov orada sürücünü öldürüb və könüllü olaraq polisə təslim olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...