Azərbaycanda kürəyində cinsi orqan olan körpə doğuldu - FOTO
Azərbaycanda qəribə patologiyalı oğlan uşağı doğulub.
Mynews.az xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayevin Medicina.az-a verdiyi məlumata görə, bir müddət əvvəl dünyaya gəlmiş körpənin kürəyinin ortasında cinsiyyət üzvü olub.
Həkimin sözlərinə görə, özünün normal cinsiyyət üzvü olmasına baxmayaraq, uşağın kürəyində daha bir parazit orqan olub və o, əməliyyatla götürülüb: “Bu orqan əslində əkiz tayın orqanıdır, sadəcə həmin döl inkişaf etmədiyindən, bir orqanı dölə yapışıb qalıb. Əməliyyat zamanı parazit tam çıxarıldı, kürəkdə heç bir birləşmə qalmadı. Uşaq tam normal şəkildə evə yazıldı və yaşıdlarından fərqlənmir”.
Uşağın yaxınları deyir ki, körpə doğularkən həm valideynlər, həm doğuşu qəbul edən həkimlər gördükləri mənzərədən şoka düşüb. Tibdə isə heteropagus adlanan belə patologiyalara ara-sıra rast gəlinir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1098 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1085 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1085 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1082 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 985 dəfə oxunub