Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gələn həftə dünyanın sonudur - yeni ssenari

Bəşəriyyəti virus məhv edəcək

Dünyanın sonudur. Bu dəfə bəşəriyyətin məhvi ilə bağlı ssenarinin müəllifi hind astronomlarıdır. İstiPress-in məlumatına görə, dünyanın sonu dekabrın 23-də ola bilər.

"Science" jurnalında dərc edilən məqalədə qeyd edilir ki, bəşəriyyəti naməlum yadplanetli virus məhv edəcək.

Dehlidən olan mütəxəssislər əmindirlər ki, naməlum virusun səbəb olduğu xəstəlik bütün insanlığın məhvi ilə nəticələnəcək. Bu isə cəmi bir həftə çəkəcək. Bununla yanaşı virusun mənbəyinin nə olduğu açıqlanmayıb. 

Məqalədə qeyd edilir ki, bir müddət öncə hind astronomları səmadə NASA bazasında olmayan kosmik obyekt görüblər. Ehtimal ki, məhz onun vasitəsilə yerə virus yayılacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...