Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aqil Abbas həmkarının səhvini düzəltdi - "Milli Məclisə çalışanların maaşı artırılmalıdır" - AÇIQLAMA

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası zamanı Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. 

Mynews.az xəbər verir ki, bununla bağlı Xeber.News-a danışan millət vəkili Aqil Abbas bu qanun layihəsini dəstəklədiyini və bunun ölkəmiz üçün xüsusi əhəmiyyətli olduğunu bildirdi: "Bu sazişlə hər iki ölkə arasında, eləcə də Qazaxıstanda baş verən hər hansısa bir fövqəladə hadisələr zamanı bir-birimizə yardım etmək, kömək etmək məqsədi daşıyır. Bunlar bizim qardaş dövlətlərimizdir. Biz Türkmənistan, Qazaxıstanla eyni kökə sahibik. Qardaşlar bir-birinə dəstək olmalıdır. Lakin buraya hərbi əməkdaşlıq daxil deyil. Ancaq təhlükəsizlik, fövqəladə hallar məsələləri daxildir".

Millət vəkili Aqil Abbas MSK-ya yeni səlahiyyətlərin, deputatları cəzalandırmaq və mandatalrını ləğv etmək səlahiyyətlərinin verilməsinə də açıqlama gətirib: "Əvvəldən Milli Məclisin nizamnaməsi var. Həmin nizamnamənin bəndləri pozulanda intizam komissiyası müvafiq tədbirlər görür. Millət vəkillərini də Mərkəzi Seçki Komissiyası təsdiq etdiyi üçün bu səlahiyyətlərin MSK-ya verilməsi daha məqsədəuyğundur. Bu günə qədər belə olubsa, bu gündən artıq hər şey təkmilləşməyə doğru gedir. Belə qərara gəlindi ki, bu səlahihyyətlər MSK-ya verilsin".

Aqil Abbas həmkarı Siyavuş Novruzovun maaşın azlığından gileylənməsi ilə bağlı məsələyə də sözarası toxunub. O, Siyavuş Novruzovun fikirlərinin konteksdən çıxarıldığını bildirib: "Siyavuş müəllimin fikirlərini konteksdən çıxardıblar. Bunu cəmiyyətə düzgün çatdırmayıblar. Siyavuş N ovruzov deyir ki, hamının maaşlarında artım olursa, Milli Məclisə çalışanarın əməkhaqqları qaldırılmalıdır. Novruzov deputat sözü işlətməyib orda. Milli Məclisə çalışanların içərisində xadiməçi var, texniki işçisi var, inspektoru var, instruktoru var, şöbə müdiri var. Əgər hər il respublikada maaşlar artırılırsa niyə də bunların maaşları artırılmasın? Sadəcə onun sözünü fırladıb yönəltdilər millət vəkillərinə".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...