Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Goranboyda ağır yol qəzası - 3 nəfər öldü

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews..az APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük maşını “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”-da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...