Azərbaycanda yenilik: Bələdiyyə taksi şirkəti yaradıldı
Vergilər Nazirliyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-ni dövlət qeydiyyatına alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 7, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Zahid Zəkulla oğlu İsmayılovdur.
Bələdiyyənin sədr müavini Könül Nəsirova bildirib ki, şirkətin yaradılmasında məqsəd yerli özünüidarəetmə orqanının büdcə gəlirlərini artırmaqdır: “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmişik. Məqsəd həm də Bakıxanov qəsəbəsinin sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verməkdir. Yəni, bu taksi şirkətində qəsəbə sakinləri işlə təmin olunacaq”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 948 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 938 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 937 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 935 dəfə oxunub
loading...