Qadın zabitlərə hərbi geyim forması kimi şalvar da veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim forması kimi şalvar da verəcək.
Mynews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Belə ki, indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın ali zabitlərə hərbi geyim forması kimi 2 ildənbir bir dəst tünd zeytun rəngli qış kiteli və yubka, kəmərciklərlə təmin edirdi. Dəyişikliklə, qadınlara şalvar da veriləcək.
Qadın zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normasında da dəyişiklik edilib. Eyni məzmunlu dəyişiklik bu bölməyə də aid edilib.
Cəmiyyət
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA
- ANAMA ləğv edildi - Prezidentdən Sərəncam
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 938 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 925 dəfə oxunub
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama 916 dəfə oxunub
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb 596 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 579 dəfə oxunub