Sürücülərin nəzərinə! - Bu işıqla ehtiyatlı olun
Hər il minlərlə sürücü yanacaq göstəricisindəki xəbərdarlıq işığına əhəmiyyət vermədiyi üçün qəzaya düşür.
Mynews.az Publika.az--a istinadən xəbər verir ki, 2 milyon sürücünün ucuz yanacaq tapmaq ümidi ilə davamlı xəbərdarlıq işığı ilə avtomobili idarə etdikləri üzə çıxıb.
Bildirilir ki, qadınlar bu məsələdə daha ehtiyatlıdırlar. Yanacağın bitməsinə görə yollarda qalanların yarısından çoxu məhz kişilərdir.
Müasir avtomobillərdə mayenin bitməsi səbəbi ilə vasitəyə zərərin dəyməsi təhlükənin yaranması riskini daha da böyüdür. Çünki mütəxəssislərin fikrincə, yeni vasitə sistemləri daha həssasdır və bu tip ziyanlara dözümlülükləri daha aşağıdır. Tükənən yanacağın sükan və əyləcə də təsiri var.
Tövsiyə olunur ki, yolun vəziyyətinə görə 60 ilə 80 kilometr arasında sürətə çıxın. Ani əyləc və sürətlənmələrdən qaçın.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1002 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub